VarGonzo nun Ermənistana girişi qadağan edildi Qarabağ izi...

07.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti “VarGonzo” redaksiyasına jurnalist Dmitri Seleznyovun İrəvana girişinə qadağa qoyulmasının səbəbləri ilə bağlı rəsmi cavab göndərib.

Globalinfo.az-ın xəbərinə görə, MTX-nin açıqlamasında bildirilir ki, Seleznyovun fəaliyyəti Ermənistanın dövlət təhlükəsizliyinə, konstitusiya quruluşuna, ölkənin müdafiə qabiliyyətinə və ictimai asayişinə təhdid kimi qiymətləndirilir. Bu əsaslarla jurnalistin ölkəyə girişinə icazə verilməyib.

Qeyd edək ki, Dmitri Seleznyov daha əvvəl bir neçə dəfə qanunsuz şəkildə Qarabağa səfər edib və 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi fəaliyyət göstərib. Bu faktlar da qərarın verilməsində əsas amillərdən biri kimi göstərilir.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью