Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir. Qan damarları öz funksiyalarına görə arteriya və venalara bölünürlər.
Arteriyalar ürəkdən aldıqları, oksigen və qida maddələri ilə zəngin olan “yüngül” al-qırmızı arterial qanı, orqan və toxumalara daşıyırlar.
Tərkibundəki qida maddələri və oksigeni toxumalara verərək, maddələr mübadiləsi qalıqlarını və karbon qazını onlardan alaraq “ağır”, tünd qırmızı rəngə çevrilən venoz qanı isə venalar vasitəsi ilə geriyə-ürəyə qaytarılər.
Bu zaman aşağı ətraf venaları daha çox gərginliyə məruz qalırlar.
Çünki onlar ürəyə doğru istiqamətləndirdikləri qanı, ağırlıq qüvvəsinin əksi istiqamətində hərəkət etdirməli olurlar.
Məhz bu gərginliyin nəticəsində, aşağı ətrafdakı dərialtı venalar öz elastikliyini itirərək bir qədər dartılmış olur, bəzi yerlərdə venoz düyünlər (latın dilində “varix”) əmələ gəlir.
Beləliklə də, venaların varikoz xəstəliyi yaranmış olur. Əlbətdə ki, varikoz xəstəliyi heç də hamıda inkişaf etmir.
Onun yaranmasına bir sıra faktorlar səbəb olur: - İrsiyyət. Bu varikoz xəstəliyinin inkişafının əsas risk faktorlarından biri hesab olunur.