“Varis mirasdan imtina edərsə, bu halda borc öhdəliyi ona keçmir” Rəy

30.07.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

“Qanunvericiliyə əsasən, miras və borc vahid kompleks kimi nəzərdə tutulur. Bu o deməkdir ki, vəfat edən şəxsin varisi mirası qəbul edərsə, avtomatik olaraq onun borc öhdəliklərini də öz üzərinə götürmüş sayılır. Əgər varis mirasdan imtina edərsə, bu halda borc öhdəliyi də ona keçmir”.

İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a söyləyib. İqtisadçını dediyinə görə, miras qəbul edildikdən sonra kreditin ödənilməsi ilə bağlı bəzən qrafikin yenidən strukturlaşdırılmasına ehtiyac yaranır. Bu zaman banklar artıq yeni borcalanın - yəni varisin gəlirlərini qiymətləndirərək müvafiq qərar verirlər:

“Vətəndaşlar ailə üzvlərinə əlavə yük yaratmamaq üçün kredit götürərkən həyat sığortasından istifadə etməlidirlər. Həyat sığortası mövcud olduqda, borcalan vəfat etdikdə kredit öhdəliyi sığorta şirkəti tərəfindən qarşılanır”.

Sevinc Qarayeva 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью