Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Varkonyinin debütu yenə baş tutmadı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
UEFA Millətlər Liqasının B Liqasının üçüncü turu çərçivəsində Macarıstan millisi öz meydanında Gürcüstanla qarşılaşıb.
QOL.az xəbər verir ki, görüş macarların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 35-ci dəqiqədə Milos Kerkez vurub.
İlk dəfə Macarıstan millisinə dəvət alan “Qarabağ”ın futbolçusu Bense Varkonyinin debütu bu matçda da baş tutmayıb. Mərkəz müdafiəçisi görüşü əvvəlki iki görüşdə olduğu kimi, bu dəfə də əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 3 turdan sonra 4 xalı olan Macarıstan millisi qrupda üçüncüdür.