Varkonyinin millidəki debütu baş tutmadı

29.09.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Varkonyinin millidəki debütu baş tutmadı

UEFA Millətlər Liqasının B Liqasının ikinci turu çərçivəsində Macarıstan millisi səfərdə Şimali İrlandiya ilə qarşılaşıb. 

QOL.az xəbər verir ki, görüş qolsuz heç-heçə ilə başa çatıb - 0:0. 

İlk dəfə Macarıstan millisinə dəvət alan “Qarabağ”ın futbolçusu Bense Varkonyinin debütu bu matçda baş tutmayıb. Mərkəz müdafiəçisi görüşü əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib. 

Qeyd edək ki, 2 turdan sonra 1 xalla qrupda üçüncü yerdə olan Macarıstan millisi oktyabrın 2-də Gürcüstan, oktyabrın 5-də isə Ukraynanın qonağı olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью