Varlı balaları məşhur universitetlərə təhsil dalınca yox, diplom üçün gedir

23.05.2025

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Britaniya və ABŞ ali təhsil sistemi 3-cü ölkələrdən gələn və ya məsafədən təhsil alan "tələbələrin" hesabına təhsil ocağından daha çox kommersiya qurumlarına çevrilib. 1999-cu ildə mən Kaliforniya universitetində olanda deyirdilər ki, burda 10-15 il təhsil alan tələbələr var. 3-cü ölkələrdən gələn varlı balaları belə məşhur univerlərə təhsil dalınca yox, diplom üçün gedir. Universitetlər də bunların hesabına babat milyardlar qazanır və təhsilin kefiyyəti aşağı düşür. Harvardda bir xarici tələbənin illik təhsil xərci, onun yaşama xərcləri ilə bir yerdə illik 120 000-130 000 dollardır. Yalnız təhsil haqqı 80 000 dollardır. Bizdə Hravadın məsafədən təşkil etdiyi həftəlik kursları bitirib özünü Harvard məzunu adlandıran nə qədər desən adam var.
Qlobal səviyyədə təhsil və səhiyyə biznes maraqlarını etik məsələlərdən və təhsildən üstün tutmağa başlayıb. Bir az da pul xərcləyib reytinqlərdə babat yer alırlar. Bu da olur onların reklamı.
Sahib Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью