Icma.az bildirir, Olay.az portalına istinadən.
Türk pop musiqisinin uğurlu ifaçılarından biri olan Edis açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, Edis insanların onu haqqında olan düşüncələrindən də danışıb.
“Çox varlı bir ailədən gəldiyim zənn edilir. Mənim ailəm varlı deyil. İşləyən bir ana və atam var. Həmişə müəyyən məhdudiyyətlərimiz olub. Anam otel işi ilə məşğul olduğuna görə bəzi menecerləri tanıyırdı, amma mən anamdan heç vaxt kömək istəməmişəm. Yalnız bir dəfə məni biri ilə tanış etdi, amma o, demolarımı bəyənmədi. Ondan sonra hər şey mənim üzərimə qaldı. Həmin şəxsin kim olduğunu da deyim: Behzat Gerçeker. O, çox dəyərli bir musiqiçidir və bəyənməməsini başa düşürəm. O qədər mürəkkəb və detoneli bir demoya mən də dönməzdim” deyə sənətçi bildirib.