Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son illərdə insanların maddi imkanlarından asılı olmayaraq daha bahalı telefon, avtomobil, geyim və digər məhsullara üstünlük verməsi, eləcə də sahib olduqları əşyaları sosial mühitdə nümayiş etdirməsi diqqət çəkən tendensiyalardan birinə çevrilib.
İnsanlar niyə maddi imkanları çatmasa belə, sosial statuslarını nümayiş etdirməyə çalışırlar? Bahalı telefon, avtomobil, geyim və digər istehlak davranışlarının arxasında hansı psixoloji ehtiyaclar dayanır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, insan bəzən maddi imkanının çatmadığı həyatı yaşamaq əvəzinə, o həyata sahibmiş kimi görünməyə çalışır.
Onun sözlərinə görə, başqasının varlı, rahat və prestijli həyatı onda yalnız maraq yaratmır, həm də müqayisə hissi doğurur:
“Onlar necə yaşayırsa, mən də elə görünməliyəm” düşüncəsi tədricən davranışa çevrilir. Bu, sosial imitasiyanın bir formasıdır.
Bahalı telefon, avtomobil, geyim və digər status simvolları burada sadəcə istehlak predmetləri deyil. Onlar insanın özünü cəmiyyətə təqdim etmə vasitəsinə çevrilir.
İnsan bəzən əslində sahib olmadığı dəyəri, gücü və statusu əşyalar vasitəsilə nümayiş etdirməyə çalışır. Bu davranışın altında qəbul olunmaq, diqqət çəkmək, özünü dəyərli hiss etmək, başqalarından geri qalmamaq və sosial müqayisədə üstün görünmək ehtiyacı dayana bilər.
Özünə dəyər hissi daxildən kifayət qədər formalaşmadıqda, insan bunu xarici təsdiqlə kompensasiya etməyə meyllənir.
Əslində məsələ telefonun və ya avtomobilin bahalılığında deyil. Məsələ insanın öz dəyərini sahib olduqları ilə sübut etmək ehtiyacındadır.
O zaman istehlak ehtiyacdan çıxır, nümayişə çevrilir; insan sahib olduğu həyatı deyil, başqalarının gözündə necə görünmək istədiyini yaşayır.
Bu davranış bəzi hallarda nümayişkaranəlik və diqqət ehtiyacı ilə xarakterizə olunan şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli ola bilər. Lakin bu davranışı yalnız bir şəxsiyyət tipi ilə izah etmək düzgün deyil”, - deyə psixoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. İnsanlar niyə maddi imkanları çatmasa belə, sosial statuslarını nümayiş etdirməyə çalışırlar? Bahalı telefon, avtomobil, geyim və digər istehlak davranışlarının arxasında hansı psixoloji ehtiyaclar dayanır?