Icma.az bildirir, Qaynarinfo portalına istinadən. Varlı ruslar lüks brendləri əldə etmək üçün sanksiyalardan yan keçməyin yollarını tapıblar
Onlar şəxsi alıcılar, vasitəçilər və sərhədyanı qaçaqmalçılar şəbəkəsindən istifadə edirlər.
Qaynarinfo xəbər verir ki, "Financial Times" nəşrinin məlumatına görə, sosial şəbəkələr bahalı çantalar və yüksək moda məhsullarına tətbiq olunan sanksiyaları aşmağa yardım edən vasitəçilərlə dolub.
Bu vasitəçilər həm böyük riteylerlər, həm də fərdi müştərilər üçün xidmət göstərir.
Lüks brendlərə sanksiyalar və qaçaqmal bazarının çiçəklənməsi 2022-ci ildə Ukraynaya hücumdan sonra Avropa lüks brendləri Rusiyada satış məhdudiyyətləri ilə üzləşib.
Avropa İttifaqı 300 avroya qədər dəyəri olan malların satışına icazə verib. Halbuki elit moda məhsullarının orta qiyməti bu limiti aşır.
Buna baxmayaraq, ruslar, inkişaf edən kölgə bazarından əldə etdikləri ən son qərb kolleksiyalarını geyinməyə davam edirlər.
Gömrük qeydlərinə əsasən, sanksiyalar ticarətin üçüncü ölkələr vasitəsilə yönləndirilməsinə səbəb olub.