Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?

20.07.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Neftçi”nin Konfrans Liqasında iştirak üçün UEFA-ya təqdim etdiyi ərizədə Freddi Varqas yer almadı. Paytaxt klubunun əsas oyunçularından birinin meneceri Rikardo Qonsaleslə bir neçə gün əvvəl əlaqə saxladıqda bəzi sənədlərin imzalanmalı olduğunu demişdi. Menecer bu gün “vatsap” hesabında paylaşım edib. Kadrda Varqasın hələ də ölkəsində məşq etdiyi aşkar görünür. Bəs o komandaya nə vaxt qoşulacaq? Bunu dəqiqləşdirmək üçün yenidən menecerlə əlaqə saxladıq: “Varqas sabah Bakıya gələcək”.
İSRAYIL XEYRULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью