Varşava Universitetinə baltalı hücumda qadının başı kəsildi

08.05.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Polşanın paytaxtı Varşavadakı Varşava Universitetinə balta ilə hücum edilib. Hücum zamanı 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Hücum zamanı ölən şəxsin universitetin qadın əməkdaşı, yaralananın isə universitetin mühafizəçisi olduğu bildirilib. Mühafizəçinin səhhətinin ağır olduğu deyilib.

Səlahiyyətlilər hücum edənin 22 yaşlı Polşa vətəndaşı olduğunu qeyd edib. Polşa mediası hücumçunun balta ilə bir qadının başını kəsdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью