Varşavada on minlərlə insan etiraz aksiyası keçirir

18.10.2026

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Varşavada on minlərlə insan Polşanın Konstitusiya Məhkəməsinin binası qarşısında etiraz aksiyasına toplaşıb.

"RİA Novosti" xəbər verir ki, mitinq iştirakçıları hakim koalisiyaya sadiq hesab etdikləri hakimlərin təyinatı cəhdlərinə son qoyulmasını tələb ediblər.

Aksiyada Varşava və ölkənin digər regionlarının sakinləri, həmçinin ən böyük müxalifət partiyası olan "Hüquq və Ədalət"in nümayəndələri iştirak edirlər.

Partiyanın sədri Yaroslav Kaçinski də mitinqdə iştirak edir. Nümayişçilər "Əllərinizi Konstitusiya Məhkəməsindən çəkin" şüarı səsləndirirlər.

///teleqraf///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью