Vartana kəndinin igid oğlu | Icma.az
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qərbi Azərbaycanın Qarakilsə (Quqark - ermənicə) rayonun Vartana kəndi azərbaycanlıların yaşadığı tanınmış yerlərindən biri idi.
1988-ci il noyabr ayının 27-də erməni daşnakları bu kəndə hücum edərək 16 igid oğul və qızlarımızı vəhşicəsinə yandıraraq öldürmüşdülər.
Bu kənddə ermənilərlə azərbaycanlılar birgə yaşadıqlarına görə soydaşlarımızın evlərini müəyyən etməkdə çətinlik çəkməmişdilər.
Məmmədov Süleyman Qəmbər oğlu, Alıyev Əhməd İsmayıl oğlu, Bayramov Qərib İsmayıl oğlu, Alıyev Abdulla Oruc oğlu, Hüseynova Leyli, bir ailənin 3 üzvü - ata İskəndərov Mehralı, ana İskəndərova Xanım, oğulları İskəndərov Alim və digər kənd sakini Qazaxaliyev Əhməd İsmayıl əvvəlcə öldürülmüş, sonra isə yandırılmışdılar.
Qardaşım Məmmədov Süleyman Qəmbər oğlunun yandırılmış meyidindən bir banka kül götürə bildik və onu pənah gətirdiyimiz Bakının Sabunçu rayonunun Sovxoz Ramanı qəsəbə qəbiristanlığında dəfn etdik.
Bu, böyük dərddir. 1991-ci ildə qardaşım oğlu Vaqif Süleyman oğlu Məmmədov Şuşa şəhərindəki əsgərlərimizə maşın karvanı ilə silah-sursat apa
Vaqif başından aldığı zədədən dünyasını dəyişmişdir. Qardaşımın və oğlunun faciəvi ölümləri bizi çox sarsıtdı.
Tam oxu
Xəbəri oxu