“Vartolu”nun süni intellektlə filmi çəkilir

13.10.2026

Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.

“Çukur” dünyasına “Vartolu” obrazının keçmişindən bəhs edən yeni bir film gəlir.
OLAY yazır ki, “Çukur: Vartolu” adı ilə təqdim olunan ekran əsərinin vizual görüntüləri süni intellekt vasitəsilə yaradılır. “Prime Video” platformasında yayımlanacaq filmdə real aktyorların hərəkət və performanslarından istifadə edildiyi, dialoqların isə insan səs aktyorları tərəfindən səsləndirildiyi bildirilir.

Lakin sevilən obrazın bu üsulla geri qayıtması bəzi izləyicilərin narazılığına səbəb olub. Sosial şəbəkələrdə real aktyor ifalarının süni intellektlə yaradılan görüntülər vasitəsilə təqdim edilməsi tənqid edilib.

“Vartolu”nun hekayəsinin davam etməsini istəyənlərlə yanaşı, “Çukur”un bu formada ekranlara qayıtmasını istəməyənlər də var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью