Vasif Bağırov Avropa çempionu olub, daha bir qızıl şansı YENİLƏNİR

05.07.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləşində ilk qaliblər bəlli olub.

Üç güləşçimiz medallar uğrunda mübarizə aparıb.

U-20 Avropa çempionatı
Sərbəst güləş

57 kq
Vasif Bağırov Avropa çempionatının finalında Nika Zanqaladze (Gürcüstan) ilə qarşılaşıb. 9:6 hesabı ilə qaib gələn güləşçimiz fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

79 kq
Muradxan Omarov həlledici görüşdəki rəqibi gürcüstanlı Davit Çeçelaşvili olacaq.

97 kq
Təsəlliverici görüşü qələbə ilə başa vuran Rəvan Musayev Peter Şivnovski (Macarıstan) ilə yarışıb.

Qeyd edək ki, sabah daha 5 sərbəst güləşçimiz medal uğrunda mübarizə aparacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью