Vasif Əlihüseynin Xocalı faciəsi ilə bağlı kitabı çap olunub | Icma.az
Bizimyol saytına istinadən Icma.az xəbər verir. AYB-nin üzvü, şair Vasif Əlihüseynin Xocalı faciəsi haqda kitabı işıq üzü görüb.
Bizimyol.info xəbər verir ki, “25-dən 26-na keçməyən gecə” adlı kitab “Qanun” nəşriyyatında çapdan çıxıb.
V.Əlihüseyn saytımıza açıqlamasında bildirib ki, kitab “Qanun” nəşriyyatına 300 tirajla çap olunub.
Müəllif Xocalı faciəsi ilə bağlı məşhurları, ictimai xadimləri,əsir və faciə şahidlərini danışdırıb.
Bundan başqa o, kitaba Xocalı faciəsi ilə bağlı vacib materialları əlavə edib.
Müəllifin sözlərinə görə, kitab mağazalarda satışda olmayacaq. Kitabı əldə etmək istəyənlər birbaşa müəllifin özüylə əlaqə saxlaya bilərlər.
İradə Cəlil, bizimyol.info Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu