Vasif, hər şeyi unut

20.11.2025

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müğənni Xatun Əliyeva Əməkdar artist Vasif Məhərrəmli ilə küsülüdür.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng" proqramında danışıb. Xatun bildirib ki, Vasiflə küssə də, onun etdiyi yaxşılıqları unutmur:

"Doğmalar arasında olur. Kinli deyil. Onunla danışıram. Onun haqqında yaxşı şeyləri danışıram. Ondan çox şey öyrənmişəm. Vasifdə qeyri-adi enerji var. Gələr bir məkana, diqqət çəkər, danışığı, ağlı ilə... Yeri gələndə pulla da nəsə edər. Elə anlarda dayağıma durub ki... Ona görə də haqqını itirməyim. Onunla qəlbimdə danışıram. Bir-birimizi sevməyə bilərik, amma bir-birimizə hörmət etməliyik. Məncə, Vasif, unut hər şeyi, yeni enerji yarat".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью