Vasif Talıbova məxsus olduğu deyilən şirkətin vergi borcu var

03.06.2025

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Reges Rent A Car" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin (DVX) Naxçıvan Şəhər Vergilər İdarəsinə 67.516,72 AZN vergi borcu var.

Məlumat üçün bildirək ki, Naxçıvan şəhəri, N. Tusi küçəsi, ev 5 ünvanında qeydiyyata alınan, nizamnamə kapitalı 3.059.014,35 manat olan "Reges Rent A Car" MMC-nin qanuni təmsilçisi Qulamov Əkbər Cümşüd oğludur. 

Bu şirkətin qeydiyyatda olduğu ünvanda vaxtı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan "Gəmiqaya Holdinq"ə bağlı şirkətlər qeydiyyatda olub. Elə buna görə də "Reges Rent A Car" MMC Vasif Talıbova məxsus olduğu deyilir. 

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью