Vasif Talıbova məxsus olmuş 1,2 mln. manatlıq şirkət bağlanır

15.05.2025

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Gəmiqaya Avtonəqliyyat" şirkəti ləğv edilir.

Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.

Məlumata görə, ləğv olunduğunu elan edən şirkət kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Cəli̇l Məmmədquluzadə küçəsi, ev 34/2 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Gəmiqaya Avtonəqliyyat" 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 210 050,14 manatdır. 

Şirkət bir zamanlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu bildirilən "Gəmiqaya Holdinq"in tabeçiliyində olub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью