Vasif Talıbovun oğlu AÇIQLAMA YAYDI

09.11.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov açıqlama yayıb.

Avtosfer.az xəbər verir ki,Rza Talıbov açıqlamasında adına saxta tiktok hesabı açıldığını bildirib.

"Diqqətinizə çatdırmaq istəyirəm ki, TikTok sosial şəbəkəsində @talibov_010_85 adı ilə fəaliyyət göstərən səhifə mənim icazəm və razılığım olmadan açılmış saxta (fake) profildir.

Xahiş edirəm, bu məlumatı nəzərə alasınız və həmin səhifəyə etibar etməyəsiniz.Diqqətiniz və anlayışınız üçün təşəkkür edirəm!",-deyə Rza Talıbov bildirib.

Qeyd edək ki,Rza Talıbov Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviridir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью