Vasif Talıbovun oğlu bu vəzifəsini də itirdi

02.06.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.

Globalinfo.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, o, bundan sonra Azərbaycan Şahmat Federasiyanının (AŞF) İcraiyyə Komitəsində təmsil olunmayacaq.

Məsələ AŞF-nin hazırda davam edən Növbəti Konfransında İcraiyyə Komitəsinə seçkilər zamanı rəsmiləşəcək.

S.Talıbov daha əvvəl Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası prezidenti vəzifəsindən istefa vermişdi. O, 2021-ci ildən AŞF-nin vitse-prezidenti idi.

S.Talıbov İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədlər siyahısında yer almayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью