Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU

26.11.2024

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, 2002-ci ildən fəaliyyət göstərən federasiya bu dövr ərzində Naxçıvanda titullu şahmatçılar, Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirlərinin qalibi olmuş şahmatçılar yetişdirib. Federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası federasiyanın sədri Seymur Talıbov idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью