Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, MMC Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Abbas Fətullayev ev 64 m 5 ünvanında 10 manat kapitalla dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi Samir Talıbovdur.
S. Talıbovun Dubayda da eyniadlı şirkəti fəaliyyət göstərir və həmin şirkətin fəaliyyəti restoran və kafelərdə gün ərzində satılmayıb qalan təzə təamları “sürpriz paketlər” şəklində endirimlə istehlakçılara təklif etməkdir.
Qeyd edək ki, S.Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun oğludur.
Könül Vəliyeva