Vasif Talıbovun qardaşının rəhbər olduğu qurum da fəaliyyətini dayandırdı

28.11.2024

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini dayandırıb.

Publika.az xəbər verir ki, söhbət Naxçıvan Muxtar Respublikası Boks Federasiyasından gedir. Muxtar respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovın sədr olduğu qurum fəaliyyətini ötən gün dayandırıb.

Qeyd edək ki, noyabrın 26-da Vasif Talovun oğlu Seymur Talıbovun sədri olduğu Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью