Vasif Talıbovun səhhəti pisləşdi

07.06.2025

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində problem yaranıb.

"Medicina" xəbər verir ki, şəxsi həkimi onu evində müayinə edəndən sonra xəstəxana şəraitində müalicə almasını vacib olduğunu bildirib. Amma Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinə getməkdən imtina edib.

Qohumu deyib ki, sabiq sədr xaricdə müalicə olunmağa üstünlük versə də, bu arzusunu reallaşdıra bilməyib. Bakı onun ölkəni tərk etməsinə imkan verməyib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью