Vasili Berezutski: “Azərbaycan futbolu inkişafdadır”

29.11.2024

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasının XV turunun “Sabah” – “Sumqayıt” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Bugünkü oyun asan olmadı. İlk hissə daha yaxşı oynadıq. Fasilədən sonra geri çəkildik. İkinci qolu vurmalı idik. Çalışacağıq ki, daha məzmunlu oyunlar görəsiniz.

– Elvin Camalovun ehtiyatda qalması nə ilə bağlıdır?
– Elvinin oynamaması məşqçilərin qərarıdır. Rotasiyalar olacaq, yeniliklər görəcəksiniz. Bu gün də bu səbəbdən Elvin ikinci hissədə meydana daxil oldu.

– Pavel Şafranko nə üçün kapitan idi?
– Sarğı məsələsi çətin işdir. Bəzən oyunçu üçün emosional yüksəlişə səbəb olur. Buna görə sarğını Şafrankoya vermişdik.

– Komandanın potensialını necə görürsünüz?
– Potensial böyükdür. Xüsusilə, hücum xəttində. Bəzi oyun komponentlərində artırmalıyıq ki, yuxarı pillələrdəki komandalarla rəqabət apara bilək.

– Klub prezidenti deyib ki, ilk hədəfiniz komandanı toparlamaqdır. Bəs bura gəlməkdə əsas məqsəd nədir?
– Avrokuboklara vəsiqə qazanmaq.

– Kubok yolu, ya çempionat yolu ilə bunu düşünürsünüz?
– Hər variant uyğundur. Yəqin, qısa yol kubok vasitəsilədir.

– Bura gəlməzdən əvvəl Murad Musayevlə danışmısınızmı və ölkə futbolu haqda fikirləriniz necədir?
– Musayev mənə mesaj yazdı və uğurlar arzu etdi. “Qarabağ” və “Sabah”ın avrokuboklardakı çıxışını bilirdik. Musayevlə birlikdə məşqçi kurslarında olmuşuq, o vaxt da Azərbaycan futbolu haqda danışırdıq.

– Təklif kimdən gəldi və nə qədər düşündünüz?
– Təklif ani alındı və qəbul üçün böyük vaxt lazım olmadı. Bu təklifdən imtina edə bilməzdim. Burda işləmək şərəfdir.

– Azərbaycan futbolunu araşdırmısınızmı?
– Azərbaycan futbolu inkişaf edir və infrastruktura yatırımlar olunur. Hamımız bu istiqamətdə irəli gedəcəyik.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa “Sabah”la “Araz-Naxçıvan”dan qələbə

29 Noyabr 2024, 20:56

Əsas xəbərlər, Ölkə futbolu “Sabah” – “Səbail” matçının heyətləri bilindi

29 Noyabr 2024, 17:58

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Mircavadov “Sabah”ın yeni baş məşqçisi haqda: “Qəribə heç nə

26 Noyabr 2024, 22:41

Əsas xəbərlər, Ölkə futbolu Vasili Berezutski: “Sabah”ın baş məşqçisi olmaqdan qürur duyuram”

26 Noyabr 2024, 18:59

Əsas xəbərlər, Ölkə futbolu Rus məşqçi: “Azərbaycanda futbol inkişaf edir”

26 Noyabr 2024, 15:49

Əsas xəbərlər, Ölkə futbolu “O, “Sabah”da işləyən zaman Vasili haqda müsbət rəylər vermişdi”

26 Noyabr 2024, 14:35

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью