Vasili Berezutski: Biz Qarabağ ı finalda favorit hesab edirik

27.04.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Daha öncə qeyd  etdiyimiz kimi, "Qarabağ" Premyer Liqanın 32-ci turunda "Sabah"la matçda 1:1 hesablı heç-heçədən sonra sona 4 tur qalmış ölkə çempionu olub.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Bu gün hər iki tərəfin ifasında kəskin hücumlar şəraitində keçən oyunun şahidi olduq. Bərabər səviyyədə oyun oldu. Biz bu gün bir xala layiq idik.

- Kubokun finalında da "Qarabağ"la qarşılaşacaqsız. Müəyyən qeydlər apardınız?

-Təbii ki, etdik. Kubokun finalı bir oyundan ibarətdir, hər şey baş verə bilər. Amma biz "Qarabağ"ı finalda favorit hesab edirik. Azərbaycan çempionatında hər rəqiblə 4 dəfə qarşılaşırsan. Rəqiblər barədə müəyyən qeydlərin olur.

- Finalda "Qarabağ"ı udacaq gücdə hesab edirsiz özünüzü?

- Əlbəttə. Bundan qabaqkı sualda bu haqda danışdım. Finaldır, hər şey ola bilər. Bəli, "Qarabağ" favoritdir. Amma biz güclü tərəflərimizi bilirik. Hər şeyi edəcəyik ki, kuboku qazanaq.

- Avrokuboklara vəsiqə qazana bilməsəz, postunuzda qalacaqsız, yoxsa gedəcəksiz?

- Bu qədər gələcəklə bağlı heç nə deyə bilmərəm. Bu barədə klubun rəhbərliyi ilə mənimlə birlikdə qərar verəcək.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью