Vasili Berezutski: Bu gün edə biləcəyimiz bütün səhvləri etdik

31.01.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sabah" Misli Premyer Liqasının 21-ci turunda səfərdə "Kəpəz"ə 2:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdanm sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu cür səhvlər edəcəyiksə, əlbəttə ki, qalib gəlmək çox çətin olacaq. Belə halları şərh etmək çətindir. Rəqib heç bir hücum etmədən 3 qo vurur. Çox üzücüdür. Amma bu, futboldur.

- Rəqib pressinq tətbiq etməklə "Sabah"ı səhvlərə məcbur edirdi. Düşünmürsüz ki, həmin istək sizin komandada yox idi?

- Biz istəkdə rəqibə uduzmadıq. Azlıqda qaldanda belə təzyiq edirdik, qol vəziyyətləri yaradırdıq.

- Qış fasiləsindən sonra 3 oyunda 2 xal toplamısız. Qarşıda daha çətin rəqiblərlə matçlar var. Bu gedişlə "Sabah" hansı komandaları üstələyə biləcək?

- Razıyam ki, özümüzə çətinliklər yaratdıq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda hər rəqibə qalib gələk.

- Yeni qapıçı Stas Pokatilov növbəti matçda meydanda olmağa hazırdır?

- O, yaxşı hazırlaşır. Amma biz bu barədə qapıçılar üzrə məşqçilərlə danışacağıq. Kim daha hazırdırsa, ona şans verəcəyik.

- "Sabah"ın bu qədər xal itkilərinin əsas səbəbi nədir?

- "Neftçi" ilə oyun heç-heçəlik idi. "Sumqayıt"la görüşdə çoxlu qol fürsətlərini dəyərləndirə bilmədik. Bu gün isə edə biləcəyimiz bütün səhvləri etdik və qapımızda 3 qol gördük.

- Çempionatdakı xal itkilərindən sonra avrokuboklara vəsiqə üçün əsas diqqəti kuboka yönəldəcəksiz?

- Bəli. Kubok bizim üçün prioritetdir. Kuboku qazanmaq üçün hər şey edəcəyik. Amma çempionat oyunlarını da unutmayacağıq.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью