Vasili Berezutski: Çempionatda bütün şanslarımızı itirmişik

17.05.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Biz istənilən matçda qalib gəlmək istəyirik. Çünki oyundan qalib ayrılsaq, bizə daha çox əminlik verəcək".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Zirə" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 35-ci turunda səfərdə qeydə alınmış 1:1 hesablı heç-heçəni şərh edib: "Biz yaxşı oynadıq, daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlanmaq olmadı. Nəticədən razı deyiləm. Biz çempionatda bütün şanslarımızı itirmişik. Finala çıxdıqdan sonra ora fokuslanmışıq. Ora hazırlaşırıq. Çempionatı da oynayırıq, “Neftçi” ilə oyunumuz var. Bütün matçları udmaq istəyirik".

Qeyd edək ki, "Sabah" 35 turdan sonra 45 xalla 5-ci pillədə qərarlaşıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью