Vasili Berezutski: İşə yanaşmanı dəyişmişik

14.12.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sabah" Misli Premyer Liqasının 17-ci turunda səfərdə lider "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Nəticə daha çox heç-heçəyə oxşayırdı. Biz künc zərbəsindən qol vurduq. Bu, ruh yüksəkliyi üçün çox vacib qələbə idi.

- "Sabah"a gəldikdən sonra nəyi dəyişmisiz ki, qələbələri sıralayırsız?

- Hələ ki, biz işə yanaşmanı dəyişmişik. Məşqlərdə intensivliyi artırmışıq. Daha böyük işlərimiz qarşıdadır.

- Murad Musayev "Sabah"ı ziyarət etdi. Maraqlıdır, daha çox "Sabah"ı, yoxsa Rusiya futbolunu müzakirə etdiniz?

- Biz daha çox "Sabah"ı və "Krasnodar"ı müzakirə etdik. Məşq proseslərindən, Azərbaycanda və Rusiyada futbolçuların işə yanaşmasından danışdıq.

- Qış hazırlıq planı necədir?

- Biz Azərbaycanda qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Niderlandda işləmişəm, orada da hazırlıq dönəmi qısa vaxt olurdu. İki həftə hazırlaşacağıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью