Vasili Berezutski: “Mənim üçün aydın olmayan, futbolla əlaqəsi olmayan…”

12.04.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının XXX turu çərçivəsində "Sabah" səfərdə "Turan Tovuz"a 1:2 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Oyunu iki hissəyə bölə bilərik. Qırmızı vərəqəyə qədər olan hissə və "qırmızı"dan sonrakı hissə. Futbolçularıma təşəkkür edirəm. Sona qədər döyüşdülər. Amma əfsuslar olsun ki, hesabı bərabərləşdirə bilmədik".

- Hakimlik haqda fikriniz necədir? Qırmızı vərəqə oyunun nəticəsinə necə təsir etdi?
- Mənim üçün aydın olmayan, futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi. Biz hücuma davam edirdik. Hakim oyunu saxladı və Safrankoya qırmızı vərəqə verdi.

- Artıq "Sabah" üçün çempionatın əldən getdiyini demək olar?
- Əllərimizi aşağı salıb ruhdan düşməyəcəyik. Amma avrokuboklara vəsiqə qazanmaq baxımından kubok bizim üçün prioritetdir.

- Bu gün Kurban Berdiyevə meydanda uduzduz, yoxsa masada?
- Taktiki plandan nəsə danışmaq çox çətindir. Qırmızı vərəqədən sonra bu rəqibə qarşı oynamaq çətin idi. "Qırmızı"ya qədər hesabda öndə olan komanda biz idik.

- "Sabah"da qalsaz, bundan daha yaxşı oyun ortaya qoya biləcəksiz?
- Qısa deyirəm, əlbəttə.

“Neftçi”nin sağ cinah planı - Danışıqlar başladı Şamaxıda UEFA turniri keçiriləcək "Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəfat etdi “Qəbələ”dən yubiley Üçüncü het-trik: Mövsümdə ilk
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью