Vasili Berezutski: O, dünyanın ən güclü qapıçısıdır

22.05.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Sabah"ın qolkiperi Stas Pokatilov Qazaxıstanın tanınmış yutub kanalı olan “BorodAbata”ya müsahibə verib.

Sportal.az xəbər verir ki, reportaj zamanı Vasili Berezutski də qazax qolkiper haqda fikirlərini bildirib. Rus mütəxəssis Pokatilovu dünyanın ən güclü qapıçısı adlandırıb:

"Stas Pokatilov dünyanın ən güclü qapıçısıdır. O, Qazaxıstanın tarixi ərzində ən yaxşı futbolçusudur. Əla oğlandır. Ona böyük hörmətim var".

Qeyd edək ki, Qazaxıstan millisinin qolkiperi yanvarda “Tobol”dan “Sabah”a keçib.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью