Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah”ın baş məşqçisi Vasili Berezutski vəzifəsindən ayrılıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssis artıq komanda ilə vidalaşıb. O, növbət mövsüm “Sabah”da olmayacaq. Rusiyalı çalışdırıcı ailəvi səbəblərə görə, Azərbaycan klubunda qalmaq istəməyib.
Qeyd edək ki, Berezutski ötən mövsümün ortalarında komandaya baş məşqçi təyin edilmişdi. “Bayquşlar” onun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan Kubokunu qazanıb.