Vasili Berezutski: “Sabah”ın baş məşqçisi olmaqdan qürur duyuram”

26.11.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah”ın baş məşqçisi Vasili Berezutski yeni klubu haqqında ilkin təəssüratlarını danışıb.

Futbolpress.az xəbər verir ki, rusiyalı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə müsahibə verib.

– “Sabah”ın baş məşqçisi kimi nə hiss edirsiniz? 

– “Sabah”ın baş məşqçisi olmaqdan qürur duyuram. Bu, mənim üçün əla fürsətdir. Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və çox həyəcanlı olacaq.

– Təklif almamışdan öncə “Sabah” barədə nə bilirdiniz?

– Uzun müddət burada çalışdığı üçün “Sabah”ı Murad Musayevlə tanıyıram. Muradı çox yaxşı tanıyıram, biz bir yerdə oxumuşuq. Onun baş məşqçi təyin olunmasından sonra klubu yaxından izləməyə başladım. Xaricdə çalışan rusiyalı məşqçilərin sayı o qədər çox deyil. Buna görə, Rusiyadan hər hansı məşqçi ölkə xaricinə köçəndə, orada çalışanda, buna xüsusi diqqət yetirirsən. Birinci Murad Musayevlə diqqətimi çəksə də sonradan “Sabah” bir klub kimi mənə maraqlı gəldi. Bu cür gənc insanların çox maraqlı, müasir yanaşması var. Bu kafe və fan-şopun bir yerdə olmasını nümunə göstərə bilərəm.

– Bir məşqçi kimi işdə sizin üçün ən vacib amil nədir?

– Güvənin, həmçinin etibar edə biləcəyiniz insanların olduğunu bilmək. Bundan əlavə, məsələn, Bakıda olmağını hiss edəndə olan bir növ rahatlıq. Bakıda olanda özümü rahat hiss edirəm, bura xoşuma gəlir və ən əsası da budur. Bu müddət ərzində tanış olduğum “Sabah”da çalışan insanlar isə sadəcə heyrətamizdir. Ona görə də məşqçi işində yəqin ki, ən vacib şey budur, qalan hər şey tədricən gələcək. Bunlar bizim bacarıqlarımızdır, futbolçu kimi sahib olduğum təcrübəm hansı ki, kifayət qədər çoxdur, bir məşqçi kimi də sahib olduğum, həyata keçirməyə və paylaşmağa çalışacağım keyfiyyətlərimizdir. Bunun müqabilində futbolçulardan qarşılıq alacağıma ümid edirəm.

– Məşq tərzinizi təsvir edəcək 3 söz?

– Təşəbbüs, intensivlik, keçidlər.

– Bakı haqqında ilk təəssüratlarınız?

– Yaxşı, gəl, bu ilk təəssürat olsun, çünki sonuncu dəfə Bakıda təxminən 12 il əvvəl olmuşam. Bu 12 ildə hər şey inanılmaz dərəcədə dəyişib. Şəhər sadəcə olaraq gözəlləşib. Dünən axşam saatlarında biz Bakını gəzəndə, sahil boyu, sadəcə olaraq, fantastik görünürdü.

– “Sabah”ın azarkeşlərindən gözləntiləriniz nələrdir?

– Dəstək, dəstək və yenə də dəstək. Biz də öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, onlar futbola gəlməkdən həzz alsınlar. Bu ən vacib şeydir. Bəli, aydındır ki, hər zaman qalib gəlmək mümkün deyil, amma onlar futbolu emosiyalarla, yenidən bura gəlmək istəyi ilə tərk etməlidirlər.

– Hansı məşqçilərin sizə daha çox təsiri olub?

– Hər halda, yəqin ki, Slutkskidir. Qonçarenkonu da bura əlavə edərdim. Çünki, mənim məşqçilik karyeram bu iki şəxslə bağlı olub.

Əsas xəbərlər, Ölkə futbolu Rus məşqçi: “Azərbaycanda futbol inkişaf edir”

26 Noyabr 2024, 15:49

Əsas xəbərlər, Ölkə futbolu “O, “Sabah”da işləyən zaman Vasili haqda müsbət rəylər vermişdi”

26 Noyabr 2024, 14:35

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Xal itirdiyimiz oyunlarda rəqiblər bizdən üstün olmayıb”

26 Noyabr 2024, 14:26

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Turan Tovuz” rəsmisi: “Komandadan gözləntilərimiz böyükdür”

26 Noyabr 2024, 11:00

Əsas xəbərlər, Ölkə futbolu Berezutskinin təyinatı haqda: “Sabah”ı yaxşı tanımıram, ancaq…”

26 Noyabr 2024, 8:52

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Sabah”da təəccüb doğuran təyinat – Berezutski ilki yaşayacaq

26 Noyabr 2024, 8:01

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью