Vasili Berezutski: Təəssüf ki, üstünlüyümüzü hesabda əks etdirə bilmədik

19.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təəssüf ki, üstünlüyümüzü hesabda əks etdirə bilmədik.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının XIX turunda "Neftçi" ilə oyundan (1:1) sonra deyib.

Mütəxəssis komanda oyununun daha da təkmilləşdirilməli olduğunu vurğulayıb:

“Oyunda nisbi üstünlüyümüz var idi. Lakin təəssüf ki, bu üstünlüyü hesabda əks etdirə bilmədik. Bu cür matçlarda qalib gəlmək üçün oyunumuzu daha da təkmilləşdirməli, öz üzərimizdə çalışmalıyıq”.

Qeyd edək ki, "Sabah" hazırda turnir cədvəlində 27 xalla beşinci pillədə qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью