Vasili Berezutski: “Uşaqlar xarakter göstərdilər”

23.04.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

"Sabah" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Neftçi" ilə 1:1 hesablı heç-heçəyə razı olaraq, finala yüksəlib.

Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Birinci hissə qarşılıqlı hücumlar şəraitində keçdi. Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. İkinci hissədə qələbəyə yaxın idik. Çox qol fürsətimiz oldu. İki oyunun nəticəsinə görə qələbəyə yaxın biz idik. Yəqin ki, finala layiq idik. Uşaqlar xarakter göstərdilər. Yaxşı oyun göstərdik".

- Hesab arasındakı fərq daha böyük ola bilərdi. Amma konsentrasiya ilə bağlı problem var idi. Bu məqam finalda sizə nə qədər problem yarada bilər?
- Əvvəlki oyunlarımızda da baş verib. Epizodları reallaşdıra bilmirik. İşləyirik. Amma asan deyil. Bəzən ustalıq, bəzən konsentrasiya, bəzən yorğunçuluq olur ki, fürsətləri vura bilmirik.

Elmar Baxşıyev: "Komandama qarşı antipatiya var" Qurban Qurbanov: "Biz kuboku yenə qazanmaq istəyirik" “Qarabağ” Azərbaycan kubokunun finalında - YENİLƏNİB "Turan Tovuz" - "Şamaxı" matçının biletləri satışa çıxarılıb AFFA rəsmiləri UEFA-nın tədbirində
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью