Vasili Berezutski Vaqner Lavı Sabah da görmək istəyirmi?

24.05.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Maraqlı oyun oldu. İki qırmızı vərəqə alındı. Hər iki komanda kəskin, çox qol epizodları gördük. Yaxşı ki, qalib gəldik. Kubok oyunöncəsi bizə özgüvən verəcək”.

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Neftçi" ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Misli Premyer Liqasının son turunda qazanılmış 1:0 hesablı qələbədən sonra braziliyalı futbolçu Vaqner Lavı “Sabah”a dəvət etmək ehtimalı ilə bağlı suala cavab verib: "Vaqner çox yaxşı, ağıllı oyunçudur. Yaş artdıqca sürəti azalsa da, yenə də korpusundan istifadə edərək yaxşı oynayır, topu kontrol edir. Əslində, çətin sualdır. Bilmək olmaz Premyer Liqanın intensivliyən dözər, ya yox. Amma futbolçu kim Vaqner əla futbolçudur".

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью