Vasili Berezutskidən istefası ilə bağlı yayılan xəbərə MÜNASİBƏT

29.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Belə xəbərlər bizə heç cür təsir etmir".

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Vasili Berezutski "Qarabağ”la Azərbaycan kubokunun final matçı öncəsi mətbuat konfransında deyib.

O, istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Bu hallar haqqında final matçından sonra danışmaq olar. Mən mətbuatı izləmirəm. Ona görə də belə məlumatlar mənə təsir etmir. Biz bu haqda danışmağa çox erkən başladıq. Belə məsələlərə baxsaq, təyinatımdan bir həftə sonra getməli idim. Gəlin, bu haqda oyundan sonra danışaq".

Qeyd edək ki, Berezutskini hazırda Ukraynanın “Aleksandriya”nı çalışdıran Ruslan Rotann əvəzləyəcəyi barədə xəbərlər yayılıb.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью