Vasili Berzetuski: “Oyunçularımız əllərindən gələni etdi”

31.05.2025

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Kubokunun finalında “Sabah” “Qarabağ”ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək çempion adını qazanıb.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra “Sabah”ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb:

– Çox maraqlı oyun alındı. Hər iki tərəf fərqləndi, penaltilər oldu. Oyunçularımız əllərindən gələni etdi. Onların əməyidir. “Sabah”ı tarixindəki ilk kubok münasibətilə təbrik edirəm. 

– Kuboku qazanmaq postunuzda qalmağınızın təminatıdır?

– Gələcəklə bağlı nəsə deyə bilmərəm. Gözləyək, görək.

– Özünüz qalmaq istəyirsiz?

– Eşidəcəksiz. Bunların hamısını mən və klub rəhbərliyi ilə müzakirədən sonra biləcəyik. 

– Siz gəldikdən sonra “Sabah” “Qarabağ”a uduzmur. Kuboku qazanmağınız da göstərdi ki, əbəs yerə deyilmiş. Hansı reseptdir ki, “Qarabağ”a uduzmursuz?

– “Qarabağ” Azərbaycanda dominantlıq edən klubdur. Hansısa qlobal resept yoxdur. Bu sadəcə uşaqların əməyidir. Hansısa sirr deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью