Vasili Koltaşov: “Fransa Ermənistanı yeni müharibəyə hazırlayır” | Icma.az
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Roman Quryeviç: “Yaxşı olar ki, Paris öz evində hər şeyi qaydasına salmağa başlasın, “Olimpiya oyunlarında “mavi”liyi şirinləşdirmə” kimi biabırçı siyasətindən qurtulsun” Ermənistanın hərbiləşdirilməsinin arxasında duran əsas qüvvələrdən biri Fransadır, bu fikri bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Parisin revanşist əhval-ruhiyyənin səngimədiyi İrəvana hərbi-siyasi dəstəyini nə dərəcədə fəal şəkildə artırdığına baxsaq, bununla razılaşmamaq çətindir.
Rusiyalı politoloq, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov “caliber.az”-a şərhində qeyd edib ki, Nikol Paşinyan “Ermənistanla KTMT-ni heç nə birləşdirmir” deyəndən sonra deyə bilərik ki, İrəvan indi başqa komandada oynayır.
Onun artıq öz bossu var- Fransa. Bu boss isə Ermənistanı yeni müharibəyə hazırlayır- bu fakt şübhə doğurmur.
“Ermənistan Rusiyaya maksimum problem yaratmaq üçün regionda müstəqil qüvvəni təmsil edənlərə qarşı mübarizə aparacaq.
Və ola bilsin ki, Tbilisi ilə Moskva arasında yaxınlaşma olarsa, Ermənistan anti-Gürcüstan siyasətini inkişaf etdirəcək.
Və təbii ki, aydındır ki, bugünkü Ermənistan Azərbaycana qarşı revanşist əhval-ruhiyyəyə malikdir- burada Ermənistan hakimiyyəti eskalasiyadan da imtina etmir, bu dəfə Qərbin daha konkret köməyinə ümid edir.
Tam oxu
Xəbəri oxu