Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

15.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

ABŞ-nin Avropadakı hərbi kontingentinin azaldılması əvvəlcə planlaşdırıldığından daha məhdud olacaq və yalnız 5 min hərbçini əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, Tramp administrasiyası Avropadakı Amerika qoşunlarının sayını təxminən 80 min nəfərə endirə bilər. Halbuki əvvəllər Avropa liderləri daha kəskin ixtisarlardan ehtiyat edirdilər.

Məlumata əsasən, tərəflər əvvəlki mərhələdə 25 minə qədər əsgərin geri çəkilməsini müzakirə etsələr də, hazırda ən real ssenari təxminən 5 min hərbçinin azaldılmasıdır.

Agentlik yazır ki, Vaşinqtonun kəskin ixtisarlardan imtina etməsinə əsas səbəb İranla davam edən uzunmüddətli gərginlik fonunda Avropadakı ABŞ qüvvələrinin Yaxın Şərqdəki əməliyyatlar üçün mühüm logistik və strateji əhəmiyyət daşımasıdır. Bundan əlavə, digər NATO müttəfiqlərinin müdafiə xərclərini artırması da Ağ Evin bu məsələdəki mövqeyini yumşaldıb.

Mənbələr bildirir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset dekabrın 1-dək Prezident Donald Trampa qoşunların sayında nəzərdə tutulan dəyişikliklərlə bağlı yekun hesabat təqdim edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью