GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın Azərbaycanın enerji sektoru ilə bağlı səsləndirdiyi müsbət fikirlər diqqət çəkir.
Tramp ölkəmizin enerji potensialını, Avropa üçün strateji əhəmiyyətini və Vaşinqtonun bu sahədəki maraqlarını xüsusi vurğulayıb.
Hazırkı geosiyasi vəziyyət fonunda Azərbaycan enerji resurslarının Qərbə çıxışında əsas marşrutlardan birinə çevrilib.
Xüsusilə Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələrinin Avropa bazarına inteqrasiyasında Azərbaycan həm enerji ixracatçısı, həm də tranzit ölkə funksiyası daşıyır.
Bu isə Vaşinqton-Bakı münasibətlərinin sırf iqtisadi deyil, strateji məzmun daşıdığını göstərir.
Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ABŞ-Azərbaycan enerji əməkdaşlığı 1990-cı illərdən, xüsusilə “Əsrin müqaviləsi”ndən sonra sürətlə inkişaf etməyə başlayıb: “Həmin dövrdən etibarən ABŞ-ın iri neft şirkətləri “Chevron”, “ExxonMobil”, “Hess Corporation” və digərləri Azərbaycanın enerji sektoruna sərmayə qoydu və bu günə qədər əməkdaşlıq davam edir.
ABŞ şirkətləri Xəzər hövzəsində Azərbaycanın ən böyük tərəfdaşlarından biridir.