Vaşinqton bölgəyə hava hücumundan müdafiə sistemləri yerləşdirir Hərbi ekspert

26.01.2026

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyi bir vaxtda Vaşinqton bölgəyə əlavə hava hücumundan müdafiə sistemləri köçürməyə hazırlaşır”. 

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

O, bildirib ki, plan çərçivəsində bölgəyə əlavə MIM-104 “Patriot” zenit-raket batareyaları və THAAD (Terminal High Altitude Area Defense) ballistik raket əleyhinə müdafiə sistemləri yerləşdiriləcək:

“Bu sistemlərin əsas məqsədi regionda yerləşən və mövcud olan ABŞ qüvvələrini və müttəfiqlərini İranın mümkün raket və dron hücumlarından qorumaqdır. Paralel olaraq ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı C-17A Globemaster III nəqliyyat təyyarəsi hazırda ABŞ-dan Avropa və Birləşmiş Krallığa hərbi təchizat və qüvvə daşınmasıni həyata keçirir”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью