Vaşinqton “Çin rəqsi”ni dayandırdı

24.01.2025

Icma.az bildirir, Azvision portalına istinadən.

ABŞ hakmiyyətinin tələbi fəaliyyət göstərə bilmək üçün platformanın həmin ölkənin vətəndaşına satılması idi. Ali Məhkəmə də bu tələbi “milli təhlükəsizliyin qorunması üçün” vacib sayıb. Onların fikrincə, “TikTok” ABŞ vətəndaşlarının haqqında məlumatları toplayıb, Çinə ötürə bilər.
Qeyd edək ki, videoplatformadan 170 milyon amerikalı istifadə edirdi.

Qadağa təkcə “TikTok”a yox, “ByteDance” şirkətinin digər applikasiyalarına da aiddir. “Apple” şirkəti artıq onların hamısını özünün onlayn "mağaza"sından – “App Store”dan sildiyini bəyan edib. Siyahıya “TikTok”, “TikTok Studio”, “TikTok Shop Seller Center”, “CapCut”, “Lemon8”, “Hypic”, “Lark — Team Collaboration”, “Lark — Rooms Display”, “Lark Rooms Controller”, “Gauth: AI Study Companion” və “Marvel Snap” applikasiyaları daxildir. ABŞ-da yaşayan şəxslər artıq onlardan istifadə edə bilməyəcəklər.
Samir Quliyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью