Vaşinqton Çin və Rusiya ilə mübarizədə tək qala bilər

21.02.2025

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ “köhnə dünya”nı itirir...

ABŞ-ın NATO və Ukrayna məsələsində  sərgilədiyi mövqe onu “köhnə dünya”nın bir parçası olan Avropadan - ənənəvi müttəfiqlərindən sürətlə uzaqlaşdırmaqdadır. Bu baxımdan ABŞ-ın yaxın gələcəkdə Çin və Rusiyaya qarşı mübarizədə tək qalması tamamilə mümkün görünür.

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildirib ki, ABŞ-ın NATO-da xərcləri azaltmaq və Ukrayna-Rusiya müharibəsindən qazanclı çıxmaq istəyi onu ənənəvi rəqibləri olan Çin və Rusiya ilə mübarizədə köməksiz qoyacaq. Bu isə hər zaman bütün rəqiblərinə qarşı “köhnə dünya”nın bir hissəsi olan Avropa ilə birlikdə mübarizə ənənəsinə sahib ABŞ üçün çətin, hətta ölümcül ola bilər.

Məlumat üçün qeyd edək ki, Donald Trampın ABŞ-da növbəti dəfə hakimiyyətə gəlişindən sonra Ağ Ev qonşu ölkələr olan Kanada və Meksika ilə yanaşı,  Qərbdəki müttəfiqləri ilə də münasibətləri ciddi şəkildə gərginləşdirib. Bu isə Amerika qitəsi ilə yanaşı, Avropada da anti-Amerika əhval-ruhiyyəsinin güclənməsinə səbəb olub.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью