Vaşinqton danışıqlarından sonra formalaşan mühit: Azərbaycan Ermənistan münasibətlərində y…
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuat açıqlamasında deyib.
Dövlət başçısı onu da qeyd edib ki, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: "Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".
Eyni məsələ ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan da müsbət fikir səsləndirib.
O, Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı bu qərarı regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından vacib addım kimi qiymətləndirib.
Təbii ki, bu qərarın arxasında dayanan əsas səbəblərdən biri də Vaşinqton danışıqlarından sonra yaranan yeni siyasi mühitdir.
Bu isə sülh prosesinin ilk iqtisadi dividendləri kimi dəyərləndirilir.
Tam oxu
Xəbəri oxu