Vaşinqton Ermənistana daha isti münasibət bəsləyir | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Dünyanın bir çox nöqtələrində, o cümlədən bizim bölgədə Cənubi Qafqaz regionunda dünyanın ən böyük dövlətləri bir istiqamətdə Amerika Birləşmiş Ştatları və ona bağlı olan Qərbin kollektiv dövlətləri, digər istiqamətdə isə Rusiya arasında çox gərgin, amansız mübarizə gedir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
O bildirib ki, bu mübarizənin fonunda hansı gücün qalib gələcəyi və hansı gücün digər dövlətləri öz istəklərinə tabe edəcəyi məsələsi gündəmdədir: "Bu gün C.Bayden administrasiyasının Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair etdiyi canfəşanlıq əslində nə Azərbaycanı, nə də Ermənistanı düşündükləri üçün deyil.
Bu, mənə görə Qərbin bu sülh müqaviləsinə vasitəçiliyi ilə nail olması uğrunda aparılan mübarizədir.
Əgər Qərb öz vasitəçiliyini ortaya qoyub Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalamış olsa, C.Bayden administrasiyası buna nail olmuş olsa, o zaman Rusiyanın bölgədə nüfuzuna çox ciddi zərbə vurmuş olacaq.
Bölgəyə qonşu olan və böyük dövlətin İrəvanla Bakı arasında sülh sazişinə nail ola bilməməsi, əvəzində isə Vaşinqtonun bu missiyanı öz üzərinə götürüb həyata keçirməsi ondan xəbər verəcək ki, bu gün Qərb dövlətləri artıq Qafqazda dominantlıq edir, Qafqaza təsir imkanlarını artırır.
Bu baxımdan düşünürəm ki, C.Bayden administrasiyasının məlum canfəşanlığı məhz buna xidmət edir.
Tam oxu
Xəbəri oxu