Vaşinqton İranın nüvə silahına malik olmadığını qəbul edib

08.05.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Vaşinqton nəhayət Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və öz kəşfiyyat orqanlarının İranın nüvə silahına sahib olmadığına dair qiymətləndirməsini qəbul edib.
Missiya.Az 
xəbər verir ki, bunu İranın ali rəhbərinin siyasi müşaviri Əli Şəmxani “X” hesabında paylaşım edərək yazıb.

“Hər iki tərəf düzgün danışıqlar yolunda davam etməkdə qərarlıdır. Sanksiyaların ləğvi və İranın sənaye yönümlü zənginləşdirmə hüququnun tanınması razılaşmanı əldə etməyə imkan verir", - deyə Şəmxani vurğulayıb.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью