Vaşinqton Kiyevə irad bildirib

24.11.2025

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Axios” portalının məlumatına görə, bu irad “sülh planı” üzrə Cenevrədə baş tutan müzakirələrdən sonra səsləndirilib.
Noyabrın 23-də Cenevrədə ABŞ və Ukrayna arasında Trampın 28 bəndlik sülh planı üzrə əsas müzakirələr raundu keçirilib.
Amerika tərəfdən görüşdə Dövlət katibi Marko Rubio, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff, Ordu naziri Den Driskoll və Trampın müşaviri Cared Kuşner iştirak edib. Onların sözlərinə görə, həll olunmamış problemlərin sayı xeyli azalıb.
“Bu gün bütün danışıqlar prosesində “ən məhsuldar” gün oldu. Planın əsas parametrləri açıqlandıqdan sonra proses xeyli sürətlənib. Tramp Şükran gününə qədər Kiyevlə ilkin razılığa gəlməyi gözləyir”, - ABŞ-nin Dövlət katibi Marko Rubio müzakirələrdən sonra deyib.
“Axios” portal bildirir ki, danışıqların nəticələrinə əsasən Ukraynaya “şərqdə əlavə ərazi güzəştlərinə razılıq vermək” və “NATO-ya daxil olmamaq öhdəliyi götürmək” təklif olunur.
Bunun müqabilində ABŞ və onun avropalı tərəfdaşları Ukraynaya NATO-nun 5-ci maddəsinə əsaslanan unikal təhlükəsizlik təminatları verməyə hazırdırlar – Ukraynaya hücum bütün “transatlantik birliyə” hücum kimi qiymətləndiriləcək.
Cenevrədə danışıqların yekunlaşmasından sonra Tramp administrasiyasının yaydığı bəyanatda Ukrayna tərəfinin şərtıləri nəzərə alınmaqla ABŞ-nin etdiyi dəyişiklikləri Kiyevin müsbət qiymətləndirdiyi bildirilir.
- Ukrayna nümayəndələri hazırkı layihəni öz milli maraqlarına uyğun və effektiv təhlükəsizlik mexanizmlərinin təminatı üçün məqbul sayırlar. Kiyevin bütün əsas tələbləri - təhlükəsizlik zəmanətləri, iqtisadi inkişaf, infrastrukturun qorunması, naviqasiya azadlığı və siyasi suverenlik - diqqətlə nəzərdən keçirilib”, - Ağ Evin açıqlamasında vurğulanır.
Bununla belə, “Axios”un iddiasına görə, nikbin bəyanatlar ABŞ-nin Ukraynanı Amerika mediasında planla bağlı mənfi məlumatlar yaymaqda ittiham etdiyi daha gərgin səhər görüşündən sonra verilib.
Mənbələr bildiriblər ki, Kiyev öz nümayəndələrindən birinin adından müsbət bəyanat dərc etməyə razılaşıb. Daha sonra əks təkliflə çıxış edən Ukraynanın nümayəndə heyəti ABŞ-nin Kiyevin planının müəyyən müddəalarını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl Almaniya kansleri Fridrix Merts Donald Rampın Ukrayna üzrə “sülh planı”nda qəbul edilməsi mümkün olmayan müddəaların yer aldığını vuröulayıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью