Vaşinqton meri Trampın qərarını misilsiz adlandırdı

12.08.2025

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaşinqton meri Muriel Bouzer, ABŞ prezidenti Donald Trampın paytaxt polis qüvvələrini federal nəzarətə vermək və cinayətlə mübarizə üçün Milli Qvardiyanı şəhərə göndərmək qərarını misilsiz adlandırıb.

Doğru.az xəbər verir ki, “RIA Novosti”nin yaydığı məlumata görə, Bouzer bunu “həyəcan verici və görünməmiş” addım kimi qiymətləndirib.

“Biz bu fövqəladə vəziyyətə son qoymaq üçün hər gün çalışacağıq”, – o bildirib. Merin sözlərinə görə, Trampın əvvəlki açıqlamaları nəzərə alınsa, bu qərar “tam sürpriz” sayılmır.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Milli Qvardiyanı Vaşinqtona göndərdiyini və Nyu York ilə Los-Ancelesi “təmizləmək” planlarını açıqlamışdı.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью